Barselona gənc futbolçusunu Əl İttihad a satır

28.01.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın futbolçusu Unay Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-İttihad" ispan yarımmüdafiəçinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ərəblər 20 yaşlı orta xətt oyunçusu üçün "Barselona"ya 4,5 milyon avro təzminat ödəyəcək. Transferin yaxın zamanda açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Barselona" Unay Ernandesi 2022-ci ilin yayında "Jirona"nın akademiyasından transfer edib. İspaniya U-19 millisinin üzvü Kataloniya təmsilçisinin B komandasında çıxış edir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью