“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib AZƏRTAC

24.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 yanvar, AZƏRTAC

İspaniyanın “Barselona” komandası futbolçusu Jerar Martinlə müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi 2028-ci ilin yayınadək İspaniya nəhəngində çıxış edəcək.

Futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 18 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью