“Barselona” “Genk”in 18 yaşlı mərkəz müdafiəçisini transfer etməyə yaxındır

24.01.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Barselona” Belçikanın “Genk” klubunun mərkəz müdafiəçisi Yuvensli Onşteyni transfer etməyə yaxındır.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, klublar razılaşmanın şərtləri üzrə anlaşmaya yaxınlaşıb, 18 yaşlı futbolçu da “Barselona”ya keçməyə razılıq verib.

Gənc niderlandlı hazırda “Genk”in ikinci komandasında çıxış edir və əsas heyətdə oynamaq təcrübəsi yoxdur. Buna baxmayaraq, “Barselona” onun perspektivlərinə inanır və futbolçu üçün uzunmüddətli inkişaf planı hazırlayır.

Yuvensli Onşteyn Belçikanın ikinci liqasında “Yong Genk”in heyətində 20 matça çıxıb. Mərkəz müdafiəçisi eyni zamanda sol cinahda da oynaya bilir. O, karyerasının əvvəlində “Ayaks”ın gənclər akademiyasında məşq edib. Transfermarkt portalına görə futbolçunun bazar dəyəri 200 min avrodur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью