Barselona gürcü oyunçunu almaq istəyir

16.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Barselona” klubu İtaliyanın “Napoli” klubunun gürcü futbolçusu Xviçi Kvaratsxeliyanı almaqda maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb .
Məlumata görə, kataloniyalılar 23 yaşlı hücumçunun transferi üçün 80 milyon avroya qədər ödəməyə hazırdır. Kvaratsxeliyanın "Napoli" ilə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.
İtaliya çempionatının cari mövsümündə futbolçu 12 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью