Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır. “Barselona” gələcək üçün perspektivli futbolçuların transferinə xüsusi önəm verir.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu Misirin “Əl-Əhli” komandasında çıxış edən gənc istedad Hamza Abdelkarimin transferi ilə bağlı danışıqları yenidən bərpa edib.
Məlumata görə, “Barselona” futbolçu ilə şəxsi şərtlər üzrə artıq razılıq əldə edib.
Lakin tərəflər arasında əsas problem klublar səviyyəsində razılaşmanın hələ tam əldə olunmamasıdır.
“Əl-Əhli” rəhbərliyi futbolçu üçün daha yüksək təzminat tələb edir. Katalon klubunun isə bu məbləği aşağı salmaq istədiyi bildirilir.
Danışıqların yaxın günlərdə intensivləşəcəyi gözlənilir. Abunə Ol Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.