Barselona heyətini Real Madrid in futbolçusu ilə gücləndirmək istəyir

08.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Barselona" "Real Madrid"in qapıçısı Andrey Lunini transfer etmək istəyir.

Oxu.Az "Defensa Central"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bu yaxınlarda Luninin meneceri Xorxe Mendeşlə görüşüb. Laporta ukraynalı qolkiperin transferinin mümkünlüyü ilə maraqlanıb. Bununla belə, futbolçunun meneceri funksioneri əmin edib ki, Lunin hələ Madrid klubundan ayrılmağı düşünmür.

Üstəlik, "Real Madrid" öz oyunçusunu əsas rəqibinə buraxmağa razı olmayacaq.

Lunin bu mövsüm "Real Madrid"in heyətində 9 oyun keçirib, 12 qol buraxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью