“Barselona” Holann ilə bağlı hansı planı qurub?

22.05.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

[b][/b]Son günlər Erlimq Holannın “Mançester Siti”ni tərk edə biləcəyi haqda xəbərlər səngimir.
Bu səbəbdən “Barselona”nın prezidenti Xuan Laporta onu transfer edəcəklərinə dair yayılan məlumatlara münasibət bildirib. O, xəbərləri təkzib edib:

“Həyatda qeyri-mümkün heç nə yoxdu. Lakin biz hazırda bu haqda düşünmürük. Hazırda belə transfer bizə lazım deyil. Üstəlik, Holann bu yaxınlarda “Mançester Siti” ilə müqaviləsini yeniləyib”.


Erlinqin klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdi. O, bu mövsüm MS-nin heyətində 42 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью