futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Deku yerli mətbuata açıqlamasında deyib. Xoan Qamper kubokunda “Əl Əhli”yə (Misir) qalib gəldikləri görüşdən (2:1) sonra danışan funksioner forvard axtarışında olduqlarını bildirib.
“Barselona” bu yay əsas hücumçuları Robert Levandovski və Ferran Torreslə vidalaşıb. Levandovski MLS təmsilçisi “Çikaqo”ya, Torres isə Fransanın PSJ klubuna keçib.
Kataloniya klubu transfer dönəmində “Borussiya”dan Karim Adeyemini və “Mançester Siti”dən Rodrini heyətinə qatıb.