“Barselona” hücumçu ilə güclənir

26.09.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Borussiya”nın hücumçusu Seru Qirassi “Barselona”nın maraq dairəsinə düşüb.

İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, Katalon klubunun baş məşqçisi Hans Flik 29 yaşlı forvardı növbəti mövsüm heyətində görmək istəyir.

Qirassi ötən ilin yayında “Ştutqart”dan “Borussiya”ya keçib. O, cari mövsümdə 11 matçda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью