“Barselona” hücumçusunu 50 milyon avroya İngiltərə klubuna satır

17.05.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Aston Villa" "Barselona"nın 25 yaşlı hücumçusu Ferran Torreslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Birmingham Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Birmingem klubu ispan futbolçunu bu yay "rənglərinə bağlaya" bilər. "Barselona" 50 milyon avro qarşılığında Torresi İngiltərə klubuna satmağa razıdır.

Qeyd edək ki, Torres cari mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью