Barselona iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür

26.11.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın hazırkı lideri Pedri və Qavi ilə sözləşməni yeniləmək üçün danışıqlara başlayıb.

Hər iki oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Pedri cari mövsüm 18 oyunda 3 qol vurub. Qavi isə cəmi 7 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью