Barselona ilə oyundan sonra hücuma məruz qalan məşqçi polislə üz tutdu

25.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya polisi Pepe Bordalasa qarşı təhdidləri araşdırır.

Fanat.Az xəbər verir ki, "Xetafe"nin baş məşqçisi "Barselona" ilə 1:1 hesablı heç-heçədən sonra təhqir və təhdidlərlə üzləşib.

Bordalas bu barədə "Marca"-ya bildirib: “Bütün bunlar çox ciddidir. Artıq polisə şikayət ərizəsi göndərmişik. Proses uzun çəkəcək.

Ümid edək ki, ədalət bərqərar olacaq və bu hal mənim və ya başqalarının başına bir daha gəlməsin”. 

Bir həftə əvvəl “Xetafe” Primera Liqanın 20-ci turunda “Barsa”dan xal alıb. Qarşılaşmadan sonra məşqçiyə sosial şəbəkələrdə ailəsini öldürməklə bağlı hədələr gəlib. Onu “siçovul” da adlandırırlar.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью