Barselona ilk dəfə belə uğursuzluqla üzləşdi

16.12.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona" ilk dəfə öz meydanında "Leqanes"ə məğlub olub.

Fanat.Az xəbər verir ki, bu, La Liqanın 17-ci turu çərçivəsində dünən keçirilən matçda qeydə alınıb - 0:1.

"Blauqrana"nın qapısından yeganə qolu matçın 4-cü dəqiqəsində müdafiəçi Serxio Qonsales keçirib.

Bunadək "Barselona" La Liqada "Leqanes" üzərində 4-ü evdə olmaqla 7 qələbə qazanmışdı. Kataloniya təmsilçisi bir dəfə də səfərdə bu rəqibinə uduzub.

Qeyd edək ki, 18 oyuna 38 xalı toplayan "Barselona" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub. Bir oyun az keçirən "Atletiko Madrid" eyni xalla 2-ci, 37 xala malik "Real Madrid" isə 3-cü pillədə qərarlaşıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью