Icma.az bildirir, Qol.az portalına istinadən.
"Barselona" ilk dəfə misirli futbolçu transfer etdi - Rəsmi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
İspaniya nəhəngi "Barselona" heyətini gənc futbolçu ilə gücləndirib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçu Həmzə Əbdülkərimi transfer edib.
Bu keçid klub tarixi üçün əlamətdar olub. Belə ki, futbolçu "Barselona" tarixində forma geyinəcək ilk misirli futbolçu kimi adını tarixə yazdırıb.
Müqaviləyə əsasən, gənc forvard satınalma şərti ilə icarəyə götürülüb. O, ilkin mərhələdə "Barselona"nın gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, Həmzə daha əvvəl Misirin gənclərdən ibarət yığmasında, xüsusilə dünya çempionatındakı uğurlu performansı ilə diqqət çəkib.