“Barselona” ilk transferini 5 yanvarda rəsmiləşdirəcək

02.01.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniyanın “Barselona” klubunun bu ilki ilk transferi “Əl-Əhli”dən gələn Hamza Abdelkarim olacaq.

İdman.Biz jurnalist Rocer Torelyoya istinadla xəbər verir ki, “Barselona” 18 yaşlı hücumameyilli futbolçunu mövsümün sonuna qədər “Barselona Atletik”ə icarəyə götürmək barədə razılıq əldə edib.

Razılaşmaya görə, müqavilədə 1,5 milyon avro (təxminən 2,8 milyon AZN) və bonuslar qarşılığında satınalma hüququ, həmçinin futbolçunun gələcək satışından 15 faiz pay maddəsi yer alıb.

Klubla oyunçu arasında şəxsi şərtlər də artıq razılaşdırılıb və Abdelkarimin yanvarın 5-də Barselonaya gəlməsi gözlənilir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью