Barselona İngiltərə səfərindən qələbə ilə qayıdır

19.09.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ümumi mərhələsində "Nyukasl Yunayted" və "Barselona" komandaları qarşılaşıb. 

"Unikal" xəbər verir ki, komandalar İngiltərədəki Sent Ceyms oynayıblar. İsveçli Qlenn Nyberq hakimlik etdiyi matçda "Barselona" 2:1 hesablı qələbəyə sevinib. 

"Barselona"nın hücumçusu Markus Reşford 58-ci dəqiqədə başla zərbə ilə hesabı açıb. İngilis futbolçu 68-ci dəqiqədə ikinci qolu vuraraq katalonların fərqini ikiqat artırıb. 90-cı dəqiqədə Entoni Qordon hesabı minimuma endirə bilib. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью