Barselona İnter ə məğlub oldu

07.05.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Missiya.Az xəbər verir ki, Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşıb. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirilirdi.

 Gərgin keçən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə "İnter" daha bir qol vuraraq 4:3 hesablı qələbə qazanıb və finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər cavab matçı bu gün  keçiriləcək. PSJ   "Arsenal"ı qəbul edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью