Barselona İnter lə cavab matçına ağır itki ilə çıxacaq

01.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Barselona"nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə ilk oyununda (3:3) zədələnib və gələn həftə cavab matçını buraxacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Sport.es-in jurnalisti Toni Xuan Marti özünün "X" sosial şəbəkə profilində məlumat paylaşıb.

Matçın 40-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan müdafiəçinin bud nahiyəsindən zədələndiyi məlum olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью