Barselona İnter matçı təxirə salına bilər

29.04.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Barselona" - "İnter" matçı İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbindən təxirə salına bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Desmarque" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Milan klubu bu gün günortadan sonra Barselonaya çatmaq niyyətindədir. Lakin uçuşların dayandırılması səbəbindən onların səfəri risk altındadır.

Aprelin 28-də İspaniya, Fransa, Portuqaliya, Almaniya, Hollandiya və Finlandiyanın şəhərlərində elektrik enerjisi kəsilib. Madriddə tennis turnirində bir oyun günü bu səbəbdən ləğv edilib.

Qeyd edək ki, "Barselona" - "İnter" matçı çərşənbə günü, aprelin 30-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью