Barselona İsak ilə maraqlanır

11.02.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"Barselona" yay transfer pəncərəsində "Nyukasl"ın hücumçusu Aleksandr İsakı heyətinə qatmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçu üçün “Arsenal” ilə mübarizə aparmalı olacaq.

"Transfermarkt" ekspertlərinin fikrincə, Aleksandr İsakın dəyəri 75 milyon avrodur.

Cari mövsümdə 25 yaşlı forvard bütün yarışlarda "sağsağanlar"ın heyətində 28 matçda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью