Barselona İspaniya Superkubokunun finalında | Icma.az
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bu gün İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, 1-ci oyun günündə yalnız 1 yarımfinal görüşü keçirilib. "Barselona" "Atletik"lə qarşılaşıb.
Oyun Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kinq Abdullah Sports Siti" stadionunda olub.
Matç Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Barselona" finala adlayıb.
"Barselona"nın rəqibi yanvarın 9-da müəyyənləşəcək. Belə ki, bu gün "Real" "Malyorka" ilə üz-üzə gələcək.
Həmin yarımfinal cütünün qalibi finalda "Barselona"ya rəqib olacaq.
Qeyd edək ki, İspaniya Superkubokunun final görüşü yanvarın 12-də keçiriləcək.
İspaniya Superkuboku, yarımfinal 8 yanvar "Atletik" - "Barselona" - 0:2 Qollar: Qavi, 17, Yamal, 52 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu