Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kataloniya "Barselona"sı İsveçin "Yurqarden" klubunda çıxış edən hücumameyilli yarımmüdafiəçi Bo Heqlandı yaxından izləyir.
Fanat.Az "Expressen" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun skautları gənc ulduzun hər matçını xüsusi diqqətlə təqib edir.
29 oyunda 10 qol və 18 məhsuldar ötürmə ilə yadda qalan Heqland sərgilədiyi oyunla Avropanın diqqətini çəkməyi bacarıb.
Kataloniyalılar gələcəyin heyətini qurmaq adına gənc İsveçli talenti transfer siyahısının ilk sırasına daxil edib.