Barselona Kamp Nou ya qayıdır RƏSMİ

17.11.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın yenidənqurma işləri aparılan "Kamp Nou"ya qayıdacağı tarix müəyyənləşib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu 22 noyabr tarixində doğma meydanına qayıdacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya La Liqasının 13-cü turunun "Atletik"lə matçı burada keçiriləcək. İlkin mərhələdə arenaya 45 min azarkeş buraxılacaq.

Qeyd edək ki, 2023-cü ildən "Kamp Nou"da yenidənqurma işləri aparılır. Komanda bu müddətdə ev oyunlarını Olimpik Lyuis Kompanis stadionunda keçirib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью