“Barselona” kimi komandanın Bakıya gəlməsi böyük şeydir”

25.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının V turunda bu gün İspaniya təmsilçisi “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matça saat 21:45-də start veriləcək.

Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qarşılaşmadan gözləntiləriniz nədir?
– Bu, tarixi matçdır. “Barselona” kimi komandanın Bakıya gəlməsi özü böyük hadisədir. “Sabah”a təşəkkür edirəm və komandaya uğurlar arzulayıram. 

– Kataloniyalılar aşkar favoritdir. Sizcə, “Sabah” sürpriz edə bilər?
– “Barselona” hazırda dünyanın ən yaxşı üç komandasından biridir. Çox baxımlı futbol sərgiləyirlər və istənilən rəqib üçün çətin sparrinqdir. “Sabah” oyun planı baxımından pis çıxış etmir. Komandadan yaxşı çıxış gözləyirik.

– “Barselona” tarixində ən uzaq səfərə çıxıb. Bu və başqa hansı məqamlar təmsilçimizə üstünlük yarada bilər?
– Stadion amili və iqlim “Sabah”ın xeyrinədir. Bundan başqa, “Barselona” üçün rəqib “Liverpul” deyil və futbolçularda motivasiya düşkünlüyü ola bilər. Təmsilçimiz bu amillərdən öz xeyrinə istifadə etməlidir.

– Matça böyük maraq var. Sizcə, tribunadan dəstək daha çox hansı komandanın tərəfində olacaq?
– Bəlkə də, Bakıda “Barselona” azarkeşi daha çoxdur, nəinki “Sabah”da. Bu da başa düşüləndir. Kataloniyalıların böyük tarixi var. Hava limanında da necə qarşılandıqlarını gördük. Maraqlı matç olacaq.

– Oyunun nəticəsi ilə bağlı proqnozunuz nədir?
– Düşünürəm ki, çoxlu qarşılıqlı qollar vurulacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью