Barselona klubunda növbəti ciddi itki Foto

21.09.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" klubunun heyətində daha bir itki baş verib.

Oxu.Az xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi Andreas Kristensen xəsarət alıb.

Aparılan müayinələr danimarkalı futbolçunun sol budunun əzələsinin zədələndiyini göstərib. O, yaxın həftələrdə komandasına kömək edə bilməyəcək. Kristensenin yaşıl meydanlara qayıdış müddəti müalicənin gedişindən asılı olacaq.

İdman "Barselona"nın heyətində ciddi itki - FOTO

Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümünün əvvəlindən 6 matçda meydana çıxıb. Onlardan 4-də start heyətində yer alan müdafiəçi 1 məhsuldar ötürmə edib və ümumilikdə 402 dəqiqə meydanda olub.

Xatırladaq ki, daha əvvəl "Barselona" klubunun qapıçısı Joan Qarsiya sağ dizində yaranan zədə ucbatından təqribən üç həftə yaşıl meydanlarla vidalaşmalı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью