Barselona klubunun prezidenti Bakıya gəldi FOTO

16.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.

Milli.Az xəbər verir ki,  klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizə səfər edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью