“Barselona” klubunun prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

17.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan “Barselona” klubunun prezidenti Xuan Laporta noyabrın 17-də ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, Xuan Laporta Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью