Barselona Kubarsinin zədəsi ilə bağlı açıqlama YAYDI

23.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" İspaniya millisinin heyətində sıradan çıxan futbolçusu Pau Kubarsinin zədəsi ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir:
"Bu gün səhər keçirilən tibbi müayinədə bəlli oldu ki, əsas komandanın oyunçusu Pau Kubarsidə sağ ayaq biləyinin ön bağının dartınması zədəsi var. O, konservativ müalicə alacaq, durumu isə 48 saatdan sonra yenidən qiymətləndiriləcək".
Qeyd edək ki, Pau Kubarsi martın 20-də keçirilən Niderland - İspaniya matçında (2:2) zədələnib və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra 18 yaşlı müdafiəçi millinin düşərgəsini tərk edib və Kataloniya klubuna qayıdıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью