“Barselona” Küveytəsilli futbolçunu transfer edib

14.07.2025

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Barselona” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Küveytəsilli isveçli hücumçu Runi Bardci ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən Danimarka təmsilçisi “Kopenhagen”də çıxış edən 19 yaşlı hücumçu bu müddət ərzində 84 oyunda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İsveçin U-21 yığmasının da üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью