futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Selta” klubunun azarkeşləri İspaniya La Liqasının XII turunun “Barselona” ilə matçında Lamin Yamala qarşı irqçi şüarlar səsləndirib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sport.es” saytı məlumat yayıb. Fanatlar oyun zamanı hücumçuya qarşı “buynuzlu” şüarları səsləndirib.
“Barselona” klubu rəqib fanatların bu davranışına görə klubu La Liqa İntizam Komitəsinə şikayət edib.
Görüş kataloniyalıların qələbəsiylə başa çatıb – 4:2. Yamal bu matçda bir qol vurub.