“Barselona” La Liqada liderdir

15.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Barselona” La Liqada liderdir

"Transfermarkt" portalı son 10 mövsümdə La Liqada yeni futbolçuların transferinə ən çox vəsait xərcləyən 10 klubun siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, sıralamaya “Barselona” liderlik edir. Kataloniya klubu bu dövrdə transferlərə 1,4 milyard avro xərcləyib.

İkinci pillədə 1,3 milyard avro ilə Madrid “Atletiko”su qərarlaşıb. 1,28 milyard avro xərcləyən “Real” isə üçüncü olub.

La Liqada son 10 mövsümün transfer xərclərinə görə ilk “10-luq”:

“Barselona” – 1,4 milyard avro

“Atletiko” – 1,3 milyard avro

“Real” – 1,28 milyard avro

“Sevilya” – 555 milyon avro

“Vilyarreal” – 472 milyon avro

“Betis” – 365 milyon avro

“Valensiya” – 332 milyon avro

“Real Sosyedad” – 226 milyon avro

“Almeriya” – 184 milyon avro

“Selta” – 178 milyon avro

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью