Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. İspaniyanın nəhəng klubu "Barselona", Fransanın "Monako" komandasında çıxış edən
Milli.Az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın məşhur idman nəşri "Sport.es" yayıb.
Məlumata görə, 23 yaşlı fransız futbolçu özü də "Barselona"ya keçmək istəyini ifadə edib.
Əgər transfer baş tutarsa, Akliuş "Barsa"nın heyətində əsas mövqelərdən birini tutmaq üçün parlaq gənc ulduz Lamin Yamal ilə ciddi rəqabətə girəcək.
Qeyd edək ki, Manes Akliuş bu mövsüm "Monako" forması ilə bütün turnirlərdə 41 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Kənan Milli.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.