Barselona Lamin Yamalın müqaviləsini daha altı il artıracaq

22.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Barselona" klubu İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.

Oxu.Az xəbər verir ki, Lamin Yamal 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.

Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər. Oyunçunun təzminat məbləği 1 milyard avrodur.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Vinger bu il İspaniya millisi ilə Avropa çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью