Barselona Lamin Yamalla bağlı yekun qərarını verib

23.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" vingeri Lamin Yamal ilə müqaviləsini uzadacaq.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulacaq. 17 yaşlı futbolçunun maaşı illik 9 milyon avro + bonuslar olacaq. Bildirilir ki, Yamalın maaşı 18 milyon avroya çatana qədər ildən-ilə artacaq.

Qeyd edək ki, Lamin İspaniya çempionatının cari mövsümündə 34 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə verib. İspaniyalı futbolçunun UEFA Çempionlar Liqasında aktivində 13 matç, 5 qol və 3 qol ötürməsi var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью