Barselona Lamin Yamalsız qaldı RƏSMİ

23.04.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona"nın cinah hücumçusu Lamin Yamal zədələnib.

Fanat.Az xəbər verir ki, 18 yaşlı hücumçu La Liqanın 33-cü turunda "Selta"nı evdə məğlub etdikləri oyununda (1:0) sıradan çıxıb.

İlk hissədə qazandığı penaltini qola çevirən gənc futbolçu sonradan oyunu davam etdirə bilməyərək əvəzlənib. Onun bud əzələsinin yırtıldığı bildirilib. İspaniya millisinin üzvünün hansı müddətə kənarda qalacağı da bəlli olub. "Barselona" ulduz oyunçunun bu mövsüm meydana çıxa bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 45 matça çıxan Yamal 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью