Barselona Levandovski ilə müqavilə müddətini artıra bilər

18.02.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubu futbolçusu Robert Levandovski ilə müqavilə müddətini daha 2 il artıra bilər.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 36 yaşlı polşalı hücumçuya 2027-ci ilə qədər yeni sözləşmə təklif edəcək.

Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm La Liqada 23 oyun keçirib və 20 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью