“Barselona” Levandovskini Vlahovuçlə əvəzləyə bilər

16.10.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçi polşalı hücumçu Robert Levandovskinin yerinə əsas namizədlərdən biri hesab edir.

İdman.Biz bu barədə “Tuttosport”a istinadən xəbər verir.

Levandovskinin gələn yay “Blauqrana”dan ayrılacağı daha əvvəl bildirilib.

Serbiyalı futbolçunun Turin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Futbolçu ilə “Barselona”dan başqa “Bavariya” da maraqlanır.

25 yaşlı Vlahoviç bu mövsüm klubun heyətində 8 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 37 yaşlı Levandovski 9 matçda 4 qol vurub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью