Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. “Barselona” klubu 36 yaşlı hücumçusu Robert Levandovskiyə əvəzedici axtarır.Bakıvaxtı.
Yaş faktoru və komandanın yenilənmə ehtiyacı klubun Levandovski ilə yollarını ayırmaq ehtimalını artırır.
Bu səbəbdən klub 25 yaşlı Duşan Vlahoviç və 26 yaşlı Viktor Osimhenlə maraqlanır.Qeyd edək ki, Duşan Vlahoviç gələn il “Yuventus”la müqaviləsini başa vuracaq və yeni klub axtarışındadır.
Viktor Osimhen isə “Napoli” ilə münasibətlərdə gərginlik yaşadığından, bu mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edir.Hər iki futbolçu “Barselona”nın gənc və dinamik hücum xətti qurmaq istəklərinə uyğun gəlir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.