Barselona Levandovskiyə əvəzləyici tapdı

14.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona" Robert Levandovskidən sonrakı dövr üçün hücumçu axtarışlarını yekunlaşdırıb və "Portu"nun gənc futbolçusu Samu Omorodionu transfer siyahısına daxil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kataloniya klubu mövsümün sonunda 20 yaşlı hücumçunu transfer etmək üçün "Portu" ilə danışıqlara başlamağı planlaşdırır.

Xatırladaq ki, Samu Omorodion bu ilin yayında "Atletiko"dan "Portu"ya keçib. İspaniya millisində çıxış edən gənc futbolçu, Portuqaliya klubunun heyətində indiyədək keçirdiyi 13 rəsmi oyunda 12 qol vurmağı bacarıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью