Barselona Levandovskiyə əvəzləyici tapdı

14.11.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Barselona" Robert Levandovskidən sonrakı dövr üçün axtardığı hücumçunu tapıb.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Portu"da çıxış edən Samu Omorodionu polşalı forvardın əvəzləyicisi kimi transfer siyahısına daxil edib. Bu barədə "El Nacional" məlumat yayıb.

"Barselona" mövsümün sonunda 20 yaşlı futbolçunu transfer etmək üçün klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Portu" Samu Omorodionu bu ilin yayında "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü olan gənc hücumçu Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 12 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью