Barselona limanında partlayış

21.01.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya yanğınsöndürənləri Barselona limanında partlayış baş verdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Reuters-in məlumatına görə, limanda fövqəladə vəziyyət planı qüvvəyə minib.

Kataloniya xəbər saytları yanğında bir nəfərin öldüyünü açıqlayıb. 

Bildirilib ki, enerji dokunda baş verən partlayış tez alışan məhsul olan metil asetat olan çəndə baş verib.

Ağır yaralananların da olduğu, vəziyyətinin məlum olmadığı bildirilib.

Təcili Tibbi Yardım Sisteminin tezliklə hesabat verməsi gözlənilir.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью