Barselona liviyalı futbolçuya elçi düşdü SON DURUM

17.11.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona" Almaniyanın "Köln" klubunda çıxış edən 19 yaşlı sol cinah oyunçusu Səid El Malı heyətinə qatmağa çalışır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb. 

Mənbənin məlumatına görə, Kataloniya nəhəngi cari mövsüm başa çatdıqdan sonra futbolçunu transfer edəcək. 

Liviya əsilli gənc vingeri "Barselona"dan başqa, digər aparıcı Avropa klubları yaxından izləyir. "Köln" istedadlı oyunçusunu satmaq üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Almaniya klubu Səid El Malı nə az, nə çox - 30 milyon avro dəyərində qiymətləndirir.

Futbolçu bu mövsüm Bundesliqada 10 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" Səid El Malın bazar dəyərini 18 milyon avro qiymətləndirir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью