“Barselona” Luis Suaresi transfer etmək istəyir

25.09.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Barselona” komandası qış transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi futbolçuların siyahısını genişləndirib.

İdman.Biz insayder Ekrem Konurun sosial şəbəkələrdə yaydığı məlumata əsasən xəbər verir ki, Kolumbiya millisinin və Lissabon “Sportinq”inin hücumçusu Luis Suares kataloniyalıların qısa transfer siyahısına daxil edilib.

28 yaşlı forvard 2025-ci ilin yayından Portuqaliya klubunda çıxış edir. Onun “Sportinq”lə hazırkı müqaviləsi 2030-cu ilin iyununun sonuna qədər qüvvədədir.

“Transfermarkt” portalı Suaresin bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Kolumbiyalı hücumçu bu mövsüm Portuqaliya çempionatında yeddi oyunda meydana çıxıb və altı qol vurub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью