“Barselona” Madriddə qələbə qazandı

09.11.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasında XII turun növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Culiano Simeone açıb. Lakin “Barselona” fasiləyə qədər tarazlığı bərpa edib. Fermin Lopes 45-ci dəqiqədə fərqlənib.

İkinci hissədə də hücumlarını davam etdirən qonaqlar 66-cı dəqiqədə önə keçiblər. Lopes özünün və komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, "Barselona" bu nəticə ilə liderliyini davam etdirir.

“Qalatasaray” 7 qolluq matçda qalib gəldi A Seriyası: “Napoli” Turindən xalsız qayıdır La Liqa: “Real” 3 xalı 3 qolla qazandı Premyer Liqa: “Liverpul” son çempionla bacarmadı “Beşiktaş” xal itkisi ilə üzləşdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью