Barselona Mançester Siti nin hücumçusunu istəyir

21.09.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Barselona” Erlinq Haalandı istəyir.

Sportal.az "Football Insider"ə istinadən xəbər verir ki, "Mançester Siti"nin forvardı İspaniyaya yollana bilər. 

25 yaşlı norveçli ilə “Barselona” maraqlanır. Kataloniya təmsilçisi onu uzunmüddətli Robert Levandovskinin əvəzedicisi kimi görür. 

Haaland “Mançester Siti”nin heyətində 151 oyuna çıxıb, 130 qol vurub və 21 məhsuldar ötürmə edib.

Norveç millisinin hücumçusunun "şəhərlilər"lə müqavilə müddəti 2034-cü il iyunun 30-na qədərdir.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью