Barselona Mançester Siti nin ulduzuna göz dikdi

14.01.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona" "Mançester Siti"nin ulduzuna göz dikdi

"Mançester Siti"nin futbolçusu Bernardo Silva karyerasını "Barselona"da davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu "şəhərlilər"lə müqaviləsi başa çatmaq üzrə olan 31 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır. "Barselona" rəhbərliyi oyunçunun 2026-cı ilin yayında azad agent kimi transfer etmək istəyir

"Barselona"nın bu qış portuqaliyalı ilə ilkin razılığa gələcəyi gözlənilir. Silva Premyer Liqada ardıcıl 9-cu mövsümünü keçirir və İngiltərə çempionlarının ən etibarlı oyunçularından birinə çevrilib. Bu mövsüm o, 29 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью