Barselona Mbappenin 1 oyun cəza almasına iki sözlə münasibət bildirdi VİDEO | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona"nın vitse-prezidenti Rafa Yuste "Real Madrid"in hücumçusu Kilian Mbappenin cəmi 1 oyun cəzalandırılması ilə bağlı klubun mövqeyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" klub funksionerinin iki kəlməlik reaksiyasını belə çatdırıb: "Bu, sadəcə, ayıbdır".
Fransalı ulduz La Liqanın ötən turunda “Alaves”lə matçının 31-ci dəqiqəsində aşkar kobudluğa görə meydandan qovulub.
Birbaşa qırmızı vərəqə alan Mbappe La Liqanın qərarı ilə bir oyunluq diskvalifikasiya edilib.
O, İspaniya çempionatının 32-ci turu çərçivəsində aprelin 20-də "Atletik"lə qarşılaşmanı buraxacaq.
Bir matçlıq cəza o deməkdir ki, hücumçu aprelin 26-da "Barselona" ilə Kral Kubokunun finalında oynaya biləcək.
Halbuki Kilian Mbappenin 3 matçı buraxa biləcəyi güman edilirdi.
Tam oxu
Xəbəri oxu