Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər xəsarət alıb

28.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40-ı xəstəxanaya və tibb mərkəzlərinə yerləşdirilib. XQ-nin "La Vanguardia"ya istinadən verdiyi məlumata görə, yanğın axşam saatlarında "Klot" və "Qlories" stansiyaları arasında qeydə alınıb.

Maşinist alovu təxminən 50 metr məsafədən görərək qatarı təcili saxlayıb və xilasediciləri çağırıb. Lakin güclü tüstülənmə səbəbindən sərnişinlər yanğınsöndürənlərin gəlməsini gözləməyərək vaqonların qapılarını açıb və tunel vasitəsilə özləri təxliyə olunublar. Hadisə zamanı qatarda təxminən 300 nəfər olub. İlkin ehtimallara görə, yanğına tuneldəki kontakt şəbəkəsinin (katenar) zədələnməsi səbəb olub. Hadisə ilə əlaqədar metro xəttində hərəkət məhdudlaşdırılıb və nəqliyyatın iyulun 28-i səhər saatlarında bərpa ediləcəyi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью