Barselona Milanın futbolçusunu heyətinə qatmağa yaxındır

13.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Barselona" "Milan"ın futbolçusu Rafael Leaonu heyətinə cəlb etmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. 25 yaşlı portuqaliyalı vinger Kataloniya klubunun 2025-ci il üçün transfer hədəfinə çevrilib. Onun bu təklifə istəkli olduğu da bildirilir. "Barselona"da Leaonu "Atletik"in futbolçusu Niko Vilyamsdan da üstün tuturlar. 

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində 14 oyuna çıxaraq 3 qol vurub və 5 qolun ötürməsini edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью