“Barselona” millinin futbolçusu ilə müqavilə uzadır İdmanXəbər

04.11.2024

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Barselona” futbolçusu Fermin Lopeslə müqavilə bağlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu həftə ispaniyalı yarımmüdafiəçisi ilə sözləşmə uzadılır. 21 yaşlı futbolçunun anlaşması 2028/29 mövsümünün sonuna kimi hesablanacaq.

Lopes “Barselona” akademiyasının yetirməsidir. O, “Barsa”nın əsas heyətində 48 rəsmi oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью